Xəbər lenti

"S-400-lər Suriyadan çıxarılmayacaq" - Sergey İvanov
Dünya16:35 15.03.2016

"S-400-lər Suriyadan çıxarılmayacaq" - Sergey İvanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rusiya S-400 zenit-raket komplekslərini Suriyada çıxarmayacaq”.

Bu barədə jurnalistlərlə görüşdə Rusiya prezidenti administrasiyasının başçısı Sergey İvanov danışıb. 

Onun sözlərinə görə, zenit kompleksləri Suriyada qalan təyyarələri effektli qorumaq üçün lazım olacaq. Zenit komplekslərindən əlavə bazada dəniz və qurudan gələcək təhlükələrə qarşı  müdafiə vasitələri qalacaq.  

S-400 kompleksləri dünyanın ən müasir HHM sitemlərindən biri sayılır. 

Xatırladaq ki, zenit-raket kompleksləri türk F-16-nın rus Su-24 bombardmançısını vurmasından sonra Suriyaya yerləşdirilmişdi. (avropa.info)

Qaynar.info