Xəbər lenti

"Santa Klaus" terroru "Samanyolu"nda daha əvvəl göstərilibmiş - VİDEO
Dünya13:26 01.01.2017

"Santa Klaus" terroru "Samanyolu"nda daha əvvəl göstərilibmiş - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulda gecə klubuna edilən hücum haqqında mesaj daha əvvəl FETÖ-yə bağlı telekanalda yayımlanan serialda verilib.

Qaynarinfo.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nün “Samanyolu” telekanalında yayımlanan “Qoruma” adlı serialın 90-cı bölümündə yayımlanan səhnədə Santa Klaus paltarındakı terrorçunun məktəbə hücumu səhnələşdirilib. Bu rolu "Kurtlar Vadisi" serialında Ali Kılıç rolu ilə məşhurlaşan Atilla Olqaç canlandırıb.

Türkiyə mediası bunu İstanbul teraktının mesajı olaraq təqdim edib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinin də daha əvvəl bu serialda, 89-cu bölümdə oxşarı çəkilmişdi.

Qaynarinfo.Az