Xəbər lenti

"Sevgi şərbəti" növbəti dəfə səhnələşdiriləcək
Sənət08:59 16.01.2017

"Sevgi şərbəti" növbəti dəfə səhnələşdiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası keçiriləcəkdir.

Opera və Balet Teatrının mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən xəbərə görə, dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan "Sevgi şərbəti" operasının ilk tamaşası 1832-ci ildə Milanda baş tutmuşdur və 185 ildir ki, bu opera dünyanın ən qabaqcıl teatrlarının repertuarını bəzəyir. 

2013-cü ildə bu opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur. Həmin vaxtdan repertuara daxil edilən opera yanvarın 21-də növbəti dəfə səhnələşdiriləcəkdir. 

Tamaşada əsas rollarda Teatrımızın aparıcı solistləri – Azərbaycanın Əməkdar Artistləri Fərid Əliyev (Nemorino), İnarə Babayeva (Adina), Səbinə Əsədova (Janetta), Cahangir Qurbanov (Belkore) və Sankt-Peterburqun Mixaylovski adına Teatrının solisti - vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yuri Monçak (Dulkamara) iştirak edəcəklər. 

Dirijor Beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevdir. 

Qaynarinfo.Az