Xəbər lenti

"Talaq, talaq, talaq" deməklə boşanmaq mümkün olmayacaq
Dünya10:01 22.08.2017

"Talaq, talaq, talaq" deməklə boşanmaq mümkün olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistan Ali məhkəməsi İslam qaydaları ilə boşanmaq hesab edilən üsulu qadağan edib.

"Qaynarinfo" "Hindustan Times"a istinadən xəbər verir ki, "Talaq, Talaq, Talaq" deməklə kişilərin qadınlardan boşanma üsulu Şayra Bano adlı qadının şikayətindən sonra qeyri-qanuni hesab edilib. Bu addım qadınları diskriminasiya edən akt kimi qiymətləndirilib.

Qeyd edək ki, bu üsulla kişilər hətta "WhatsApp" və email vasitəsilə boşana bilirdilər.

Hökümət bildirir ki, bu üsulla boşanmaq konstitusiyaya ziddir və qadınların ləyaqətini alçaldır.

Qərar məhkəmədə 5 fərqli dinin nümayəndəsi olan hakimin iştirakı ilə qəbul edilib. Hakimlərdən 3-ü bu qanunun qeyri-qanuni hesab edilməsinin tərəfdarı olub. 

Gülşən

Qaynarinfo.Az