Xəbər lenti

"Tərslikdən həmin gün qızdırmam vardı" - Millimizin baş məşqçisi
İdman13:16 13.02.2016

"Tərslikdən həmin gün qızdırmam vardı" - Millimizin baş məşqçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bilindiyi kimi, mayın 5-dən 21-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar (u-17) arasında Avropa çempionatı keçiriləcək.

Qaynar.info bu məqsədlə U-17 millimizin baş məşqçisi Təbriz Həsənovun qitə çempionatına hazırlıqlarla bağlı fikirlərini öyrənib:

"Yaxınlarda Bakıda təlim-məşq toplanışı keçdik. Hazırlıq müddətində 3 klubumuzla yoxlama oyunları keçirdik. Bu ayın sonlarında yenidən komanda bir araya gələcək. Bildiyiniz kimi, Rusiya və Ukraynanın U-17-ləri Bakıya gələcək. Fevralın 23-ü və 25-də Rusiya, martın 1-i və 3-də isə Ukrayna ilə gücümüzü sınayacağıq. Hər 2 rəqib güclü komandadır və ölkəmizdə ilk dəfə keçiriləcək Avropa çempionatında iştirak etməyə yaxındırlar. Çünki hər 2 komanda bizimlə oyunlarla elit mərhələyə hazırlaşırlar".

Türkiyənin "Trabzonspor" klubundan daha 2 futbolçunun milliləşdirilməsini təkzib edən Təbriz Həsənov yaxınlarda klub nümayəndələri ilə görüşəcəyini bildirib: "Klublar Komitəsinin iclasında iştirak etməyi özüm istəmişdim. Çünki futbolçuların yığmanın düşərgəsinə buraxılması problemləri vardı. İstəyirdim ki, həmin iclasda bu baxımdan fikirlərimi çatdırım. Ancaq tərslikdən həmin gün qızdırmam vardı. İndi istəyirəm ki, şəxsən özüm klub nümayəndələri ilə görüşüm".

Qaynar.info