Xəbər lenti

"Tülkülər" tarixlərində rekorda imza atdı - 105 milyonluq gəlir
İdman14:28 03.03.2016

"Tülkülər" tarixlərində rekorda imza atdı - 105 milyonluq gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Lester Siti" klubu rəsmi şəkildə gəlirlərini açıqlayıb.

Qaynar.info xəbər verir ki, "tülkülər"in gəlirləri ötən ilin mayın 31-dən bu yana 104,4 milyon funta çatıb.

Bu isə klub tarixində ən uğurlu maliyyə ili deməkdir. Müqayisə üçün bildirək ki, 1 il əvvəlki gəlirin məbləği cəmi 31,2 milyon funt təşkil edirdi.

Qeyd edək ki, "Lester Siti"nin maliyyə gəlirlərinin artmasına səbəb sensasion şəkildə İngiltərə Premyer Liqasında liderlik etməsidir. Təsəvvür edin ki, ötən mövsüm XIV pillədə çempionatı başa vuran komanda hazırda bütün rəqiblərini qabaqlayır.

Qaynar.info