Xəbər lenti

"Türk fraksiyası İran hökumətinə qulluq edəcək" - Açıqlama
Siyasət11:33 01.11.2016

"Türk fraksiyası İran hökumətinə qulluq edəcək" - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İran parlamentindəki türk fraksiyası Xamneyinin xeyir-duası  ilə yaranıb”. 

Bu fikirləri İranşünas şərhçi Sədrəddin Soltan Qaynarinfo.Az-a deyib. 

“Ehtimal edirəm, bu daha çox azərbaycanlıların milli şüarlarını əlindən almağa, hərəkatdan qabaq hərəkat yaratmağa hesablanmış addımdır. Fraksiya ölkənin Ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyinin xeyir-duası ilə yarandığından parlamentdə onun dəstəkçisi olacaq. Ola bilər, İranın mövcud anayasasının milli haqları əks etdirən müəddalarının reallaşması ilə bağlı hansısa tələblər irəli sürsünlər, amma hansısa mühüm addımlar atacaqlarına inanmıram. Çünki əvvəllər də İran Parlamentində “biz türkük” ifadəsi işlədilib, yaxud qurumaqda olan Urmiya gölünün fəlakətinin qarşısısnın alınması üçün tələblər irəli sürülüb, ancaq onların heç birisi həyata keçməyib. Və bir sıra hallarda lağa qoyulub".

S.Soltan deyib ki, ötən dövrlərdə Azərbaycan türkləri təhqir olunanda İran parlamentində hansısa ciddi aksiya keçirilməyib. "Bu parlament İran hökumətinin istəyi ilə seçilmiş bir parlamentdir. Bu fraksiya da İran hökumətinə qulluq edəcək, türk fraksiyasıdır”. 

Qızılgül
Qaynarinfo.Az