Xəbər lenti

"Türkiyə artıq Qara dənizdə nüfuz sahibi deyil" - Rus general
Dünya13:26 14.09.2016

"Türkiyə artıq Qara dənizdə nüfuz sahibi deyil" - Rus general

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya ordusunun Baş Qərərgah rəisi Valeri Gerasimov Türkiyə ilə bağlı sərt açıqlamalar verib. Qaynarinfo.Az xəbər verir ki, rus general Türkiyənin artıq Qara dənizdə nüfuz sahibi olmadığını bildirib.

"Bundan bir neçə il əvvəl Türkiyənin Qara dənizdə nüfuz sahibi olduğu deyilirdi, artıq hər şey dəyişib" deyə Gerasimov qeyd edib.

Baş Qərargah rəisi Qara dənizdəki Rusiya donanması ilə Türk Dəniz Qüvvələri arasındakı güc nisbətinin son bir neçə ildə ciddi şəkildə dəyişdiyini bildirib. "Rusiyanın Qara dəniz donanması bu gün yaxşı təəssürat bağışlıyır" deyə general əlavə edib.

Qaynarinfo.Az