Xəbər lenti

"Türkiyənin müharibədən başqa alternativi yoxdur" - ŞƏRH
Dünya11:11 13.05.2016

"Türkiyənin müharibədən başqa alternativi yoxdur" - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Böyük güclər hər zaman PKK-dan Türkiyə əleyhinə istifadə ediblər. İndiki halda Türkiyənin müharibədən başqa alternativi yoxdur".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyənin PKK və İŞİD-ə qarşı açıq müharibəyə başçlayacağı və Suriyaya müdaxilə edəcəyi haqda bəyənatına münasibət bildirərkən deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, böyük dövlətlər terror təşkilatlarından Türkiyəyə qarşı indi də istifadə edir: "PKK və Türkiyə faktiki olaraq savaşır. Bu həm ölkə içində, həm də xaricində davam edir. Türkiyə onlara hava zərbələri endirir. Qardaş ölkə bu bəladan qurtarmayınca, böyük dövlətlər hər zaman onun işinə qarışmağa çalışacaq". 
Politoloqun fikrincə, PKK-dan əlavə İŞİD terror təşkilatı da Türkiyə üçün təhlükə yaradır: "Ona görə Türkiyə indi iki istiqamətdə mübarizə aparmalıdır. Başqa alternativi qalmadığı üçün Türkiyə hər iki terror təşkilatına qarşı mübarizəni gücləndirməlidir ki, bu bəladan qurtarsın".
Qafqaz Rafiqoğlu 
Qaynarinfo.az