Xəbər lenti

"WikiLeaks": ABŞ kəşfiyyatı kompüterlərə belə müdaxilə edir
Dünya07:49 04.08.2017

"WikiLeaks": ABŞ kəşfiyyatı kompüterlərə belə müdaxilə edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"WikiLeaks" CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) yeni bir proqramı ilə bağlı məlumat yayıb.

"Qaynarinfo" xəbər verir ki, hökumətdən, kəşfiyyat idarələrindən və maliyyə qurumlarından sızdırılan hakker hücumları ilə bağlı informasiya "WikiLeaks"ın "Yeddinci qutusu" adı altında yayımlanıb.

Məlumata görə, "Dumbo" adı verilən proqram kompüterlərə qoşulan kamera, mikrofon və digər qurğuları müəyyən edərək sistemdən ayıra, həmçinin internet şəbəkəsini də çökdürə bilir. Faylları silmək və ya manipulyasiya etməklə operator istintaq əməliyyatının saxta və ya faktiki dəlillərini yaratmaqda da kömək edir. Proqramın əsas hədəfinin "Windows" olduğu bildirilir.

Qeyd edək ki, "WikiLeaks" daha öncə də buna bənzər məlumat yaymış və CİA-nın yaratdığı yeni proqram ilə Android tipli qurğularda göndərilən SMS-ləri hədəf aldığını, həmçinin bununla Rusiya və Çinə aid olduğu iddia edilən haker kodlaşdırmalarını təhlil etdiyini yazmışdı.

Qaynarinfo.Az