Xəbər lenti

"Öz anasını, bacısını sevən başqasına sataşmaz" - əməkdar artist
Maqazin06:29 15.10.2014

"Öz anasını, bacısını sevən başqasına sataşmaz" - əməkdar artist

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Aybəniz Haşımova "Gündəlik" verilişində qonaq olub

Gecce.az xəbər verir ki, verilişdə qonaq olan sənətçi aparıcının "Aybəniz xanım, qızınız haqqında sizə qıcıqlandıran sual verən jurnalist olub?" sualına belə cavab verib:

"Sual yox, yalnış məlumatlar olub. Burada olan hamı bilir ki, övladı olan birini acılamaq, "iynələmək" nə deməkdir. Mən heç vaxt, qisasa qisasla cavab verməmişəm. İnsanlara pislik etməyi bacarmıram. Birinin günahı olsa, onu incitsəm, sonra özüm ağrıyaram. Özümü bağışlamaram. Öz anasını, bacısını sevən başqasına sataşmaz. Bəzi jurnalistlər təsafüfən nömrəmi tapıb, necə gəldi suallar verir. Nəticədə mən zəif adam deyiləm. 40 ilə yaxındır səhnədəyəm. Yetəri qədər mənə inanan var".

Qaynar.info