Xəbər lenti

Qurban kəsmək qadağan olundu
Dünya13:06 30.09.2013

Qurban kəsmək qadağan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya paytaxtında Qurban bayramında qurban kəsmək qadağan olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə qərar Moskva şəhər dini təşkilatları ilə əlaqələr, regionlararası əməkdaşlıq və milli siyasət departamentinin keçirilən iclasında qəbul olunub.

İclasda paytaxtda qurban kəsilməsi mərasiminin yolverilməz olduğu bildirilib. Moskva məscidlərində qurban kəsmək üçün “qurbangah” adlandırılan xüsusi bölmələrin yaradıldığı qeyd olunub. Bildirilib ki, qurbanlar şəhər kənarında yerləşən xüsusi meydançalarda da kəsiləcək.
 
Qeyd edək ki, Moskva sakinləri Qurban bayramı zamanı müsəlmanların qurban kəsməsini etirazla qarşılayır. Belə ki, paytaxt sakinləri müsəlmanların yol kənarında qurban kəsməsi, heyvan qanının yola axıdılması və bunun açıq-aşkarda nümayiş etdirilməsi ilə əlaqədar şəhər hökumətinə şikayət ediblər.

Qaynar.info