Xəbər lenti

Qurban Qurbanov: "Şanslarımız hәlә qalıb""
İdman19:49 06.11.2014

Qurban Qurbanov: "Şanslarımız hәlә qalıb""

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Məğlub olmağı istəmirdik. Ən azı heç-heçə etmək istəyirdik". Fanat.az xəbər verir ki, bu sözləri "Dnepr"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov öz səhvlərindən qol buraxdıqlarını bildirib: "Meydana heç-heçə üçün çıxmamışdıq. İlk dəqiqələrdən biz heç-heçə haqda düşünmürdük. Biz düzgün oyun göstərmək və maksimum oyun nümayiş etdirmək istəyirdik. Düşünmədiyimiz səhvlərdən qol buraxdıq. Uşaqlara bir o qədər də iradım yoxdu. Kiyevdəki qələbəni çox şişirtmək lazım deyildi. Bu, uşaqlara təsir edə bilərdi. Amma indidən sonra qarşıdakı oyunlarda vəziyyətimizi düzəltməyə çalışacağıq".

"Qarabağ"ın baş məşqçi pley-off şansları barədə danışıb: "Əvvəlcədən qarşımıza minimum 2-ci yeri hədəf qoymamışdıq. Bəlkə də “Sent-Etyen”lə oyun bundan asan olacaq. Çünki “Dnepr”ə qələbədən sonra Bakıda hardasa yenilgiyə hazır idim. Çünki azarkeşlər Bakıda da qələbə gözləyirdi. Bu da əlavə məsuliyyət formalaşdırırdı. Şanslarımız hələ qalıb. Qarşıdakı oyunlara baxacağıq". 

Qaynar.info