Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı Qusar şəhər yollarının əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Biznes Klas” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 499 000,84 manat təşkil edir.
Maraqlıdır ki, Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı iyul ayında da Qusar şəhər yollarının əsaslı təmir işlərinin satın alınması ilə bağlı tender keçirib. Həmin tenderin qalibi də “Biznes Klas” MMC olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 839 278,54 manat təşkil edib.
Beləliklə, “Biznes Klas” MMC Qusar şəhər yollarının əsaslı təmiri ilə bağlı keçirilən iki tenderin qalibi olaraq ümumilikdə 1 338 279,38 manatlıq sifariş alıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Biznes Klas” MMC 2011-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Quba rayonunun Digah kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Tağıyev Fuad Fəxrəddin oğludur.
Açıq mənbələrdə “Biznes Klas” MMC haqqında geniş məlumat yoxdur. Fuad Tağıyev barəsində də hər hansı məlumata rast gəlinmir. Şirkətin əlaqə telefonları və internet səhifəsi də mövcud deyil.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir.
Seyid
Şərhlər