Xəbər lenti

Qutu sifariş etdilər, marixuana gəldi
Dünya11:15 24.10.2017

Qutu sifariş etdilər, marixuana gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Florida ştatında yaşayan cütlük "Amazon" alış-veriş saytından 4 ədəd böyük plastik qutu sifariş edib və onlara 30 kq marixuana göndərilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sifarişlərinin həddindən ağır olduğunu görən cütlük sifariş etdikləri məhsul əvəzinə narkotik maddə ilə qarşılaşıb və dərhal polisə müraciət ediblər. 
Şirkətə şikayətlə müraciət edən cütlük bu narahatlıq qarşısında yalnızca 150 dollar hədiyyə çeki göndərildiyini bildiriblər. Cütlük bu hadisəyə görə təhlükəsizliklərinin şübhə altına düşdüyünü və şirkətdən üzr gözlədiklərini deyiblər.
ABŞ polisi hadisə ilə əlaqədar hələlik heç kimin həbs edilmədiyini bildirib.
Gülşən
Qaynarinfo.Az