Xəbər lenti

Qvardiola qərar verdi: Bu tarixdə
İdman 10:56 27.05.2024

Qvardiola qərar verdi: Bu tarixdə "Mançester Siti"ni tərk edəcək

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 2025-ci ildə klubu tərk edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis Mançester klubundakı işini başa vurmağa və bir müddət istirahət etməyə qərar verib. Eyni zamanda, klub rəhbərliyi ona uzunmüddətli müqavilə təklif etməyə hazırdır.

Qvardiolanın "Siti"dəki mümkün varisi "City Football Group"un bir hissəsi olan "Jirona"nın baş məşqçisi Mişel Sançes ola bilər.

Mayın 19-da "Mançester Siti" İngiltərə çempionatının 38-ci turunda "Vest Hem" məğlub edərək, Premyer Liqanın qızıl medallarını qazanıb.

Qeyd edək ki, Qvardiola -cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında Premyer Liqanın (6 dəfə), Federasiya Kubokunun (2), Liqa Kubokunun (4), İngiltərə Super Kubokunun (2), Çempionlar Liqasının (1), UEFA Super Kubokunun (1) və klublararası dünya çempionatının (1) qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->