Xəbər lenti

İdman 16:10 21.04.2024

Qvardiola tənqid edildi: "Onların pulunu Yaxın Şərq milyarderləri ödəyir"

Britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiolanı təqvimdən şikayət etdiyinə görə tənqid edib.

Qaynarinfo xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkələrdə yazıb.

"Az ağlayıb. Sizin hər mövqedə iki dünya səviyyəli oyunçunuz var, onların pulunu Yaxın Şərq milyarderləri ödəyir. Siz isə həddən artıq çox oyuna görə sızıldayırsınız", deyə Morqan qeyd edib.

Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasının 1/4 finalında "Real Madrid"ə uduzub. Hər iki oyun heç-heçə (3:3, 1:1) bitib və İspaniya klubu penalti seriyasında qalib gəlib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->