İngiltərə Premyer Liqasının (İPL) 13-cü turunda "Liverpul” "Mançester Siti”ni 2:0 hesabı ilə məğlub edib. Bu məğlubiyyətdən sonra "Mançester Siti”nin qələbəsiz seriyası yeddi oyuna çatıb – altı məğlubiyyət, bir heç-heçə.
Qaynarinfo "Daily Star”a istinadla xəbər verir ki, klubun rəhbərliyi komandanın uğursuzluqlarını 2024-cü ilin yayında transfer bazarındakı passivliklə əlaqələndirir. Hazırda heyət dərinliyinin olmaması komandanı çətin vəziyyətdə
qoyub.
Bu böhrandan çıxmaq üçün rəhbərlik radikal addımlar atmağa hazırlaşır. Baş məşqçi Xosep Qvardiola qış transfer pəncərəsində transferlər üçün 200 milyon funt sterlinq (təxminən 235 milyon avro) büdcə alacaq.
Eyni zamanda, klubun "Real Sosyedad”dan Martin Subimendi, "Nyukasl”dan Bruno Gimareş və "Sportinq”in ulduzu Viktor Gyokereslə maraqlandığı bildirilir.
Qeyd edək ki, 26 yaşlı Gyokeres cari mövsümdə UEFA Çempionlar Liqasının ilk dörd matçında beş qol vurub. Hazırda bombardirlər siyahısında Robert Levandovski onu qabaqlayır, Levanın hesabında 7 qol var.
Alpər
Şərhlər