Xəbər lenti

Rafael Ağayevdən ABŞ-da böyük uğur
İdman06:24 26.06.2022

Rafael Ağayevdən ABŞ-da böyük uğur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı karateçi Rafael Ağayev növbəti döyüşünü keçirib. 
Qaynarinfo xəbər verir ki, peşəkarlar arasında "Karate Combat"da mübarizə aparan idmançımız 4-cü mövsümün 4-cü döyüş gecəsində qüvvəsini sınayıb. 
75 kq çəki dərəcəsində çıxış edən Ağayevin 3-cü sınağı ABŞ-ın Orlando şəhərində baş tutub. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə görüşüb. Hakimlərin qərarı ilə qalib gələn Rafael 3-cü qələbəsini qazanıb.
Xatırladaq ki, Ağayev "Karate Combat"da keçirdiyi əvvəlki döyüşlərdə  Dominikan təmsilçisi Dionisio Qustavo və Macarıstan idmançısı Jolt Habdaya qalib gəlib.