Sənət 14:04 03.02.2023

Rafiq Əzimov: ”60 ildir ki, səhnədəyəm, amma...”

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimovun 85 yaşı tamam olur.
 
Aktyor Qaynarinfo-ya açıqlamasında səhnə fəaliyyətinin 60 illik yubileyinin tamam olduğunu bildirib:
 
"Akademik Milli Dram Teatrında fevralın 5-də İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşasını oynayacaqlar. Həmin tamaşada mən də varam. Bundan əlavə, teatrdan mənə verilən məlumata görə, yubiley mərasimimin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinə məktubla müraciət olunub. Gözləyirik, görək nazirlik məktuba nə cavab verəcək. Hər halda mən bu yubiley mərasiminin baş tutmasına ümidliyəm. 60 ildir, teatrda, səhnədəyəm. İnanıram ki, nazirlik bunu qiymətləndirəcək”. 

Bahar Rüstəmli