Filippində Sakit okeanda "Rai" tayfunu nəticəsində azı 108 nəfər ölüb.
Qaynarinfo "Agence France-Presse"ə istinadən xəbər verir ki, qasırğa Filippinin mərkəzi və cənub-şərq hissələrini əhatə edib. Daha əvvəl 75 nəfərin öldüyü bildirilirdi.
Bir çox bölgələrdə tayfun elektrik enerjisinin kəsilməsinə və ciddi fəsadlara səbəb olub. Təbii fəlakətdən ən çox zərər çəkən Bohol əyalətində 49 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü bildirilir.
Ümumilikdə, "Rai” qasırğası 780 minə yaxın insana ziyan vurub, onlardan 300 mini təhlükəsiz ərazilərə köçürülüb.