Xəbər lenti

"Raket adam"dan Trampa cavab: Məhv edərik
Dünya11:22 20.09.2017

"Raket adam"dan Trampa cavab: Məhv edərik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Trampın "Raket adam" adlandırdığı Şimali Koreya lideri növbəti dəfə hədə ilə çıxış edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya açıqlama verib və "Ən güclü nüvə silahına sahib dövlət olaraq Şimali Koreya çətinliklərdən, sanksiyalardan, təzyiq və müharibədən qorxmur. Ən kiçik addımda düşmənə aid qüvvələri məhv etməyə hazırıq. ABŞ müharibəni seçsə, dəhşətli nüvə hücumu və xarabalıqla qarşılaşacaq." deyib.

Qeyd edək ki, Tramp BMT görüşündə Kim Çen İn barədə "Raket adam özü və rejimi üçün intihar missiyasını yerinə yetirir" demişdi.

Gülşən

Qaynarinfo.Az