Xəbər lenti

Raket hissəsi və top mərmisi tapıldı
Dünya15:24 29.06.2016

Raket hissəsi və top mərmisi tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtər və Füzuli rayonlarında 5 ədəd partlamamış hərbi sursat aşkar edilib.
ANAMA-dan Qaynarinfo.az-a verilən məlumata görə, Tərtər rayonu Çaylı kəndində 1 fermada 10 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Ümumilikdə 16 500 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonunun Zəngişalı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 9000 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu Horadiz şəhərində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (A-462, 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb. Rayon üzrə ümumilikdə 3120 kv.m ərazi yoxlanılıb.
İyunun 29-da 1 ferma, 5 əkin sahəsində 16 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd A-462, 122 mm-lik top mərmisi və 4 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Gün ərzində 28 620 kv.m ərazi təmizlənib.
Qaynarinfo.az