
İrəvanda Azərbaycan bayrağını təhqir etdiyi üçün Macarıstan azərbaycanlı zabit Ramil Səfərov tərəfindən öldürülən Qurgen Markaryanın heykəli qoyulub.
Qaynar.info erməni mətbuatına istinadən xəbər verir ki, heykəlin açılışı Markaryanın doğum gününə - sentyabrın 26-na təsadüf edib.
Erməni zabitin heykəlinin açılış mərasiminə onun anası, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri, xarici ölkə səfirləri və Britaniya Parlamentinin Lordlar Palatasının üzvü baronessa Kerolayn Koks iştirak ediblər.
Qeyd edək ki, 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına qatılan zaman Azərbaycan ordusunun zabiti Ramil Səfərov erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir etdiyi üçün öldürmüşdü. Budapeşt məhkəməsinin qərarı ilə Səfərova ömürlük həbs cəzası verilmişdi.
2012-ci ilin avqustun 31-də Bakıya gətirilən Ramil Səfərov elə həmin gün Azərbaycan prezidentinin sərəncamı ilə əfv edildi.
Qaynar.info





