Xəbər lenti

Ramştayn formatında növbəti görüşün vaxtı açıqlandı
Dünya13:04 31.08.2023

Ramştayn formatında növbəti görüşün vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 19-da Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Ramştayn formatında yeni iclası keçiriləcək.
Qaynarinfo "Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Görüş Almaniyada oflayn rejimdə keçiriləcək.
"Nazir Ostin (Pentaqon rəhbəri Lloyd Ostin – red.) Ukraynadakı hazırkı böhranı və ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müxtəlif təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bütün dünya üzrə müdafiə nazirləri və yüksək rütbəli hərbi rəsmiləri yenidən dəvət edib”, - məlumatda deyilir. 
Digər təfərrüatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, Ramştayn formatında sonuncu görüş iyulun 18-də keçirilib. Orada əsas diqqət hava hücumundan müdafiə, sursat və zirehli texnikaya yönəldilib.
Nizami Bağırov