
"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakıda Norveç, oktyabrın 11-də isə Ostrava şəhərində Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Qaynarinfo.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 23 futbolçuya dəvət göndərib. Onlardan 6-sı legionerdir. Xaricdə oynayanlardan 2-si Portuqaliyanın "Boavişta" klubunun formasını geyinir. Qalanları isə Ukraynanın "Stal", Almaniyanın "Aue", İspaniyanın "Kadis" və Türkiyənin "Trabzonspor" klublarında top qovur.
Qeyd edək ki, "Kadis"dən milliyə dəvət alan Eddi İsrafilov dünən "Rayo Valyekano" ilə oyunda zədə alıb. Onun yığmanın heyətindən kənarlaşdırılması gözlənilir.
Qapıçılar: Kamran Ağayev ("Boavişta", Portuqaliya), Anar Nəzirov ("Zirə"), Səlahət Ağayev ("İnter");
Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Arif Daşdəmirov, Rəşad Sadıqov (hamısı "Qarabağ"), Tərlan Quliyev ("İnter"), Məhəmməd Mirzəbəyov ("Qəbələ"), Pavel Paşayev ("Stal", Ukrayna);
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev (hər ikisi "Qarabağ"), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi "Neftçi"), Ruslan Abışov ("İnter"), Dmitri Nəzərov ("Aue", Almaniya), Eddi İsrafilov ("Kadis", İspaniya), Emin Mahmudov ("Boavişta", Portuqaliya);
Hücümçular: Rauf Əliyev, Ağabala Ramazanov (hər ikisi "İnter"), Ruslan Qurbanov ("Qəbələ"), Namiq Ələskərov ("Qarabağ"), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə).
Qeyd edək ki, son matçlarda "İnter"də göstərdiyi məhsuldar oyununa görə Rauf Əliyev uzun fasilədən sonra yığmaya qayıdıb. O, ötən il sentyabrın 6-da Malta ilə 2:2 başa çatan seçmə oyundan sonra milliyə çağırılmayıb.
Qaynarinfo.Az