Rusiya apteklərində idxal olunan dərmanların çeşidi 20% azalıb.
Qaynarinfo
xəbər verir ki, bu barədə DSM Group analitik şirkətinin məlumatında deyilir.
Qeyd olunur ki, idxal edilən dərmanların beşdə biri il ərzində Rusiya apteklərini "tərk edib”. Belə ki, 2023-cü ilin ilk yeddi ayının nəticələrinə görə, Rusiya apteklərində idxal olunan dərmanların çeşidinə 6,4 min adda dərman daxil olub ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 20,3% azdır. Statistikada 45 minə yaxın Rusiya aptekinin çeşidi, yəni bazarın yarısından çoxu haqqında məlumatlar nəzərə alınıb.
Nəşr istehlakçılar arasında daha ucuz yerli analoqlara artan tələbatdan da yazır.
Media bir sıra ekspertlərə istinad edərək, bu ilin yeddi ayı ərzində idxal olunan əmtəə məhsullarının satışının illik müqayisədə 15-16% azaldığını təsdiqləyir. Eyni zamanda, xarici çeşiddə azalma daha çox nəzərə çarpan dərman qrupları arasında ürək-damar xəstəliklərinin müalicəsi üçün dərmanlar var. Xarici antidepresantların çeşidi də azaldılıb. Eyni zamanda, bəzi kateqoriyalarda, məsələn, onkologiyanın müalicəsi üçün dərmanlar qrupunda artım müşahidə olunur. İnsulinlər qrupunda mövcud ticarət adlarının sayı dəyişməyib.
Alpər