Rusiya bankları qiymətli metalların ehtiyatlarının həcmini əhəmiyyətli dərəcədə azaldıblar.
Qaynarinfo xəbər verir ki, bu haqda RBC Rusiya Federasiyası Mərkəzi Bankının materiallarına istinadən məlumat yayıb.
Belə ki, aprelin 1-nə bu cür aktivləri əks etdirən hesablar üzrə qalıqlar 227,3 milyard rubl səviyyəsində olub ki, bu da 2019-cu ilin avqustundan bəri minimumdur. Təmizlənmiş qızılın qiymətləri nəzərə alınmaqla, agentliyin hesablamalarına görə, aprelin 1-nə bu metalın 43,8 tonu banklarda saxlanılıb. İki ayda qalıqlar 11,4 ton (mənfi 20,7%) - fevralda 10,8 ton, martda isə 0,6 ton azalıb.
Üstəlik, fevral ayı enişini il yarımda ən əhəmiyyətlisi hesab etmək olar - bazar iştirakçıları ixrac edən müştərilərin maraqları naminə qızılı aktiv şəkildə satırdılar. Mart ayında bankların pərakəndə müştəriləri də fiziki qızıla tələbatın artdığını göstərməyə başlayıblar.
Maliyyə təşkilatları Rusiya maliyyə bazarında çöküş, sanksiyaların genişlənməsi, həmçinin külçələrin alınmasına ƏDV-nin ləğvindən sonra rusların qızıl külçə və sikkələrə marağının artdığını qeyd etdilər.
Alpər