Deutsche Bank Rusiyanın bir sıra iri bankları ilə əməkdaşlığı dayandıraraq, onların müxbir hesablarını bağlayıb.
Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, Almaniya bankı hələ mart ayında Rusiyadan olan bir sıra maliyyə təşkilatlarının hesablarını bağlayıb. Məlumata görə, hesablar aprelin 8-də bağlanmalı olsa da, aprelin 7-dək açıq olub və aprelin 20-də bağlanıb.
Məqalədə deyilir: "Hazırda Deutsche Bank-ın Rusiyanın kiçik banklarında diqqəti cəlb etməyən, əməliyyatları az olan bir neçə müxbir hesabı var.