Xəbər lenti

REAL 13 namizədlə seçkiyə gedir
Siyasət 18:30 23.06.2024

REAL 13 namizədlə seçkiyə gedir

REAL Partiyası Siyasi Komitəsi növbədənkənar parlament seçkilərində 13 namizədlə iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.

Partiya qarşıdan gələn parlament seçkilərində aşağıdakı şəxslərin namizədliyini irəli sürəcək:

Erkin Qədirli

İlqar Məmmədov

Elçin Əliyev

Mahmud Mahmudov

Natiq Cəfərov

Toğrul İskəndərli

Rəsul Cəfərov

Zöhrab Əliyev

Samir Məmmədov

Elşən Ədalətli

Rüstəm Hidayətzadə

Vasif Novruzov

Razim Rzayev 

"Digər bir neçə üzvümüzə dair yaxın günlərdə əlavə məsləhətləşmə aparacağıq və bu həftənin sonuna qədər onların da qərarı veriləcək. Namizəd sayının nisbətən az olması partiyamızın maddi imkanları ilə bağlıdır. Tək bu sayda namizədin uğurlu kampaniyasını keçirməyə vəsaitimiz çatar", - partiya sədri qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->