İdman 14:03 11.03.2024

“Real”ın futbolçusu Mərakeş millisinin təklifini qəbul etdi

"Real”ın futbolçusu Brahim Diaz Mərakeş millisində oynayacaq.

Qaynarinfo-nun məlumatına görə, Malaqda doğulan Mərakeş əsilli futbolçu qərarını verib. 

"Marca”da yer alan xəbərə görə, Diaz İspaniya tərəfindən təklif gözləsə də, bu arzusu gerçəkləşməyib. Ona görə də, Mərakeş millisində oynamaq təklifini dəyərləndirib. Qərarını qətiləşdirən futbolçu Mərakeş millisinin bu ay evdə Anqola (22 mart) və Mavritaniya (26 mart) ilə yoldaşlıq oyunlarında debüt edə bilər. Diazın ata tərəfdən nənəsi Mərakeşdə anadan olub…

Səbuhi Həsənov