Xəbər lenti

"Real"ın baş məşqçisi açıqlandı: yığmanın çalışdırıcısı gəldi
İdman16:30 12.06.2018

"Real"ın baş məşqçisi açıqlandı: yığmanın çalışdırıcısı gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real”ın yeni baş məşqçisinin adı açıqlanıb.
Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisini İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi çalışdıracaq. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.
İspaniyalı çalışdırcı dünya çempionatından sonra "Real”da işinə başlayacaq. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyəcək.
Qeyd edək ki, Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb. 
İspan çalışdırıcı futbolçu karyerası ərzində "Real", "Las Palmas", "Loqrones", "Barselona" və "Real Vallekano" klublarında oynayıb. O, "Real"la La Liqanın, "Barselona" ilə İspaniya Super Kubokunun qalibi olub. İspaniya U-20 yığması ilə 1985-ci ildə dünya çempionatının gümüş medalını qazanan Xulen Lopeteqi ölkənin əsas millisində 1, Bask yığmasında 3 oyun keçirib.
Məşqçiliyə İspaniyanın U-17 yığmasında köməkçi olaraq başlayan mütəxəssis "Rayo Vallekano"nu çalışdırdıqdan sonra "Real"ın B komandasına başçılıq edib. Daha sonra İspaniyanın U-19, U-20 və U-21 yığmalarını çalışdırıb. U-19 onu rəhbərliyi altında 2012, U-21 2013-ü ildə Avropa çempionu olub. Mütəxəssis 2014-2016-cı illərdə "Portu"ya rəhbərlik edib.