Xəbər lenti

"Real" transferə 430 milyon ayırdı: hansı ulduzlar gəlir?
İdman17:14 15.09.2018

"Real" transferə 430 milyon ayırdı: hansı ulduzlar gəlir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kriştiano Ronaldonu satdıqdan sonra bəzi ulduz futbolçuları heyətinə qatacağı deyilən "Real" o qədər də bahalı olmayan transferlərlə diqqəti çəkdi. 
Qaynarinfo xəbər verir ki, "Kral Klubu" bütün planlarını gələn yaya hesablayıb. İspaniya mediasının məlumatına görə, Madrid təmsilçisi 2018/19 mövsümü başa çatandan sonra bir neçə futboçu transfer edəcək.
Hazırda büdcəsində 372 milyon avronun olduğu bildirilən "Real"ın gələn yay transferlərə 430 milyon avro xərcləyəcəyi bildirilir. Hədəfdəki əsas ulduzlar isə "Çelsi"dən Eden Hazard, "İnter"dən Mauro İkardi və "Atletiko"dan Antione Qrizmanndı.