Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək. Bu məlumatı virtualaz.org saytına prezident Ərdoğanın mətbuat xidmətindən veriblər.
“Ərdoğan bu həftənin sonunda Bakıda olacaq” - deyə Türkiyə prezidentinin mətbuat xidmətinin təmsilçisi bildirib.
Yada salaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da dövlət başçısı Vladimir Putinin bu həftənin sonunda Bakıya gələcəyini açıqlayıb. Bundan əvvəl Ərdoğana zəng vuran Putin Türkiyədəki seçkilərdə AKP-nin birinci olması münasibəti ilə onu təbrik edib. Telefon söhbəti zamanı tərəflər Bakıda görüşmək və ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq barədə razılığa gəliblər.
Qaynar.info