
Türkiyə baş nazirinin İstanbulda təqdim etdiyi sensasion şəkil fotoşop işi çıxdı
Türkiyənin ana müxalifət partiyası CHP baş nazir Rəcəb Tayyib Ərdoğanın bu gün topluma təqdim etdiyi etdiyi sensasion fotoşəkilin saxta olduğunu bildirib.
Ans press "Hürriyet" qəzetinə istinadən bildirir ki, Ərdoğanının təqdim etdiyi həmin şəkildə CHP lideri Kamal Qılıcdaroğlunun əlində korrupsiya dosyesi tutmuş halda təsvir edilib və həmin dosyenin üzərində İstanbul bələdiyyə başçılığına CHP-dən namizəd Mustafa Sarıgülün adı qeyd edilib. Lakin CHP liderinin köməkçisi Emrehan Halıcı "Hürriyet"ə yazdığı məktubunda sözügedən şəkilin təhrif olduğunu bildirib.
Onun sözlərinə görə, şəkilin orijinalında Sarıgülün adı deyil, Türkiyə prezidenti Abdullah Gülün adı yer alır. "Orijinal fotoşəkildə həm də Kemal Unaktan və Şaban Dişli kimi AKP-lilərin də adı var, onların da dosyeləri təhrif edilib",- deyə Halıcı bildirib.
Qaynar.info


