
“Mənim referendumun keçiriləcəyi günə qədər yaşayacağıma zəmanət yoxdur. Kimsə başına gələcəklərini əvvəlcədən bilməz. Bu, təqdiri-ilahidir”.
Cebhe.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişiklliyi ilə bağlı referenduma dair keçirdiyi təbliğat kampaniyası çərçivəsində Elazığdakı mitinqdə deyib.
Ərdoğan yeni sistem dəyişkliyi ilə bağlı fikirlərini bildirərək 1923-cü ildə qurulan cümhuriyyətin qorunacağını bildirib. Eyni zamanda yeni sistemin adını da açıqlayan Ərdoğan “prezident-hökumət” formulunun əsas götürüləcəyini vurğulayıb. Konstitusiya dəyişikliyinin ancaq fərdlərə hesablanması barədə ittihamlara cavab verən prezident “Heç kəs başına gələcəkləri bilməz. Mənim referendum keçiriləcək günə qədər yaşayacağıma zəmanətim varmı? Hər kəsin gedəcəyi yer torpaq, aparacağı isə kəfəndir” deyib.
Qaynarinfo.Az