Xəbər lenti

Rejissor Kim Ki Duk Latviyada müəmmalı şəkildə öldü
Dünya11:36 11.12.2020

Rejissor Kim Ki Duk Latviyada müəmmalı şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesiya, Berlin və Kann film festivallarının qalibi, koreyalı rejissor Kim Ki Duk koronavirus COVID-19-dan vəfat edib. 
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı delfi.lv yayıb. ArtDocFest/Riga-nın direktoru Vitali Manski rejissorun 20 noyabrda Latviyaya gəldiyini, 5 dekabrdan bəri isə onunla əlaqənin itdiyini bildirib.
Manski Sankt-Peterburqdan Estoniyanı keçərək Latviyaya gedib. Mətbuatda yer alan məlumatlara görə, planları Yurmalada bir ev və oturma izni almaq olub, ancaq rejissor təyin olunmuş görüşə getməyib. Fərdi məlumatların qorunması qaydalarına görə onun axtarışı mümkün olmayıb.
Kim Ki Dukun məşhur filmləri arasında "Pieta”, "Boş ev”, "Ariran” və "Samaralı qız”, eləcə də "Bahar, yay, payız, qış və yenə bahar”, "Uzanan yay”, "Zaman” və "Nəfəs" filmləri var. Keçən il Kim Ki Duk Moskva Beynəlxalq Film Festivalının münsiflər heyətinin sədri olub və bu il Qazaxıstanda rus dilində çəkilən yeni "Həll olma” filmini təqdim edib.