Ekonomiks 15:09 17.03.2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayramda gücləndirilmiş rejimdə çalışacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Qaynarinfo-ya nazirlikdən məlumat verilib.

Məlumata görə, Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bununla bağlı nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.