
“Anamın belə işlərinə qarışmıram”
Gecce.az xəbər verir ki,publika.az-ın əldə etdiyi məlumata görə, sənətçi süni mayalanma etdirmək üçün hazırda Türkiyədədir. Onun Türkiyənin məşhur klinikalarından birində bu proseduru etdirəcəyi bildirilir. Bu barədə Publika.az-a müğənnini xəstəxanada görən şahidlər bildirib.
Qeyd edək ki, R.İsmayılovanın Yağmur və Aysun adlı iki qız övladı var. Sənətçi özü isə bir neçə dəfə mətbuata açıqlamasında üçüncü dəfə ana ola biləcəyini istisna etməmişdi. Daxil olan məlumatla bağlı müğənninin mövqeyini öyrənməyə çalışırıq.
-----
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun publika.az-da anası haqda dərc olunan xəbərə münasibət bildirib.
Aysun əməkdaşımızla söhbətində xəbəri nə təsdiq, nə də təkzib edib: “Bu barədə heç bir məlumatım yoxdur. Qızı olsam da, onun belə işlərinə qarışmıram. Köməkçisi daha yaxşısını bilər”.
Qaynar.info