
Avropa Liqasında qrup mərhələsinin IV turunun rəmzi "11-liy"i açıqlanıb.
Qaynarinfo.Az xəbər verir ki, UEFA-nın tərtib etdiyi siyahıda "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da yer alıb.
Mərkəz müdafiəçisi dünən Yunanıstanın PAOK klubu üzərində qazanılan tarixi qələbədə 90 dəqiqə meydanda olub və UEFA tərəfindən oyunun ən yaxşısı seçilib. Həmin bu həftənin komandasının hücum xəttində bosniyalı Edin Ceko ("Roma"), ispaniyalı Arits Aduris ("Atletik") və fransalı Mussa Sov ("Fənərbaxça") kimi oyunçular yer alıb.
Qeyd edək ki, "Qarabağ" dünən PAOK-a Saloniki şəhərində 1:0 qalib gəlib.
Qaynarinfo.Az

