Xəbər lenti

Reşfordun “Vest Hem”ə qolu “qırmızı şeytanlar”a qələbə qazandı
İdman19:00 30.10.2022

Reşfordun “Vest Hem”ə qolu “qırmızı şeytanlar”a qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqasının 14-cü turunun matçında "Mançester Yunayted” doğma meydanda Londonun "Vest Hem Yunayted”ini qəbul edib.
Qaynarinfo xəbər verir ki, komandalar arasında görüş "Old Trafford” stadionunda baş tutub.
Ev sahibləri yeganə qolu görüşün ilk hissəsinin sonlarına doğru, ingiltərəli hücumçu Markus Reşfordun 38-ci dəqiqədə Kristian Eriksenin ötürməsindən sonra dəqiq zərbəsi ilə vura bilib.
Beləliklə, bu qələbədən sonra xallarını 23-ə çatdıran "qırmızı şeytanlar” turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Vest Hem” 14 xalla 13-cü yerdədir.