Xəbər lenti

Respublikaçı namizəd Trampı "21-ci əsrin ən böyük prezidenti" adlandırdı
Dünya08:27 14.01.2024

Respublikaçı namizəd Trampı "21-ci əsrin ən böyük prezidenti" adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 21-ci əsrin ən böyük prezidentidir. 
Qaynarinfo xəbər verir ki, dövlət başçısı vəzifəsinə namizəd bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Donald Tramp 21-ci əsrin ən böyük prezidenti idi və mən onu tənqid etmək fikrində deyiləm", deyə Ramasvami bildirib.
Namizədin sözlərinə görə, amerikalı seçicilər, xüsusən də Ayova ştatında bu "sistem" daha Donald Trampın Ağ Evə yaxınlaşmasına imkan verməyəcəyindən dərin narahatdır.
Ramasvami qeyd edib ki, o, Trampın təqiblərinə qarşı çıxıb və hər addımda onu müdafiə edib.
Aydın