Çərşənbə günü Avropa Komissiyası (AK) 2027-ci ilə qədər Rusiyadan enerjidən imtina planını təqdim edəcək. Planın həyata keçirilməsi üçün 210 milyard avro tələb olunacaq, Reuters sənədlərin layihələrinə istinadən xəbər verir.
Qaynarinfo xəbər verir ki, agentliyin məlumatına görə, plan üç mərhələdən ibarət olacaq: layihə çərçivəsində Brüssel digər ölkələrdən qaz idxalına başlamaq, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək və enerjiyə qənaət etmək üçün daha çox səy göstərmək niyyətindədir.
Xüsusilə, sənəddə Misir, İsrail və Nigeriya kimi ölkələrdən maye qaz tədarükünün artırılması imkanları vurğulanır. AK həmçinin 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 45%-ə çatdırmağı təklif etmək niyyətindədir. Günəş enerjisinin geniş istifadəyə verilməsi səylərinin bir hissəsi olaraq, Aİ üzv dövlətlərdən 2025-ci ildən bütün ictimai binalarda günəş elektrik stansiyalarının quraşdırılmasını tələb edəcək. Bundan əlavə, 2030-cu ilə qədər Aİ enerji istehlakını 13% azaltmaq niyyətindədir.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Rusiyanın enerji resurslarının idxalından imtinanın iqtisadiyyata təsirini azaltmaq üçün satılan karbon sertifikatlarının sayını artırmağı düşünür.
Alpər