"Reuters" agentliyinin təhlükəsizlik üzrə müşaviri Rayan Evans Donbassda həlak olub. O, Rusiyanın Kramatorska raket hücumundan sonra itkin düşənlər siyahısına daxil edilmişdi.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat
yayıb.
Agentliyin məlumatına görə, 38 yaşlı Rayan Evans keçmiş Britaniya hərbçisidir. 2022-ci ildən agentlikdə çalışır. O, bütün dünyada, həmçinin Ukraynada, İsraildə və Paris Olimpiadasında təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə məsləhətlər verib.
Evans avqustun 25-nə keçən gecə "Sapfir" otelinə endirilən raket zərbəsi nəticəsində öldürülüb. Hadisə nəticəsində agentliyin daha iki jurnalist yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya "İskəndər" raketindən istifadə edərək məqsədyönlü şəkildə oteli vurub.
Nizami Bağırov