İslandiyalılar şənbə günü Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının bərpasına səs verərsə, ölkənin Aİ-yə qoşulması üçün daha bir referendum keçirilməli olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vətəndaşların mövqeləri təxminən bərabər bölünüb. Bununla belə, Gallup sorğu xidmətinin məlumatları danışıqların əleyhdarlarının cüzi üstünlüyə malik olduğunu göstərir.
Avqustun 29-da keçirilən referendumda İslandiyanın Aİ-yə üzvlüklə bağlı danışıqları bərpa edib-etməyəcəyi müəyyənləşəcək.
İslandiya 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət edib. Lakin danışıqlar 2015-ci ildə rəsmi olaraq dayandırılıb. Hazırda ölkə Avropa İqtisadi Zonasının və Şengen zonasının üzvüdür.
Fevral ayında "Politico" qəzeti İslandiya hakimiyyətinin Aİ-yə üzvlük prosesinin yenidən başladılmasını ilkin nəzərdə tutulduğundan daha erkən həyata keçirmək imkanını nəzərdən keçirdiyini yazıb. Buna səbəb geosiyasi gərginliyin artması olub.
Hakim partiya əvvəlcə prosesin 2027-ci ilə qədər bərpa edilməsini planlaşdırırdı. Lakin ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya dair iddiaları və tariflərin tətbiqi fonunda hakimiyyət referendumu cari ilin avqustuna keçirmək barədə düşünməyə başlayıb.
Aydın
Şərhlər