Xəbər lenti

Reytinq açıqlandı: İki güləşçimiz ilk "10-luq"da
İdman06:29 01.04.2020

Reytinq açıqlandı: İki güləşçimiz ilk "10-luq"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Güləş Birliyi (UWW) sərbəst güləşdə olimpiya çəkiləri üzrə yeni reytinq sıralamasını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, yığmamızın iki üzvü öz çəkilərində ilk "10-luq”da yer alıb.
Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (97 kq) 40 xalla 3-cü yerdədir. Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.
Reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühüm turnirlərin nəticələrinə əsasən formalaşıb.