Xəbər lenti

Reznikov: “Krımı Ukraynaya qaytarmaq Donbasdan asandır”
Dünya09:20 09.11.2020

Reznikov: “Krımı Ukraynaya qaytarmaq Donbasdan asandır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Yenidən İnteqrasiya naziri Oleksey Reznikov Krımın Ukraynaya qaytarılmasının Donbasdan daha asan olduğunu bildirib, çünki orada heç bir hərbi əməliyyat baş verməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Regnum” yerli mətbuata istinadən məlumat yayıb. "Orada daha az qan tökülüb", - Reznikov Krım haqqında danışarkən deyib.

Reznikov müasir dünyada klassik deyil, hibrid müharibələr aparıldığını, buna görə də uyğun şəraitdə mübarizə aparmaq lazım olduğunu da əlavə edib.

Xatırladaq ki, 2014-cü ilin martında Krımda referendum keçirilib, bundan sonra yarımada Rusiya tərəfindən ilhaq edilib və Sevastopol federal əhəmiyyətli şəhər olub.

Alpər