Xəbər lenti

Reznikov: Ukrayna artıq NATO-nun de-fakto üzvüdür
Dünya08:10 13.10.2022

Reznikov: Ukrayna artıq NATO-nun de-fakto üzvüdür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna artıq NATO-nun de-fakto üzvüdür. 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov bildirib. Reznikov belə bir bəyanatla NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra çıxış edib.
"NATO-nun baş katibi Yens Stoltenberqə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edirəm. Biz uzun yol qət etmişik və de-fakto alyansa qoşulmuşuq”, - o deyib.
Reznikov həmçinin qeyd edib ki, Ukrayna artıq "azad dünyanın təhlükəsizliyinə” töhfə verir. Onun sözlərinə görə, Ukraynada uğurlu islahatlar ölkə qarşısında yeni üfüqlər açacaq.
2020-ci ilin iyun ayından etibarən Ukrayna NATO ilə xüsusi əməkdaşlıq statusuna malikdir - gücləndirilmiş tərəfdaşdır, bu, öz qoşunlarının NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa imkan verir, lakin alyansa sadələşdirilmiş giriş və gələcəkdə məcburi üzvlük demək deyil.
Alpər