Müdafiə naziri Oleksiy Reznikov deyir ki, Ukraynaya silah tədarükündə ciddi irəliləyiş var.
Qaynarinfo xəbər verir ki, müdafiə naziri bu barədə son on bir günlük qəhrəmancasına müqavimətin yekunları ilə bağlı Facebook statusunda yazıb.
"Silah və sursatın tədarükü ilə bağlı açıqlama verməyəcəyəm – bu, incə məqamdır. Qoy düşməni sürpriz gözləsin. Bilin ki, əhəmiyyətli irəliləyiş var", - nazir vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, son üç gündə müqaviləyə əsasən, 50 mindən çox dəbilqə və gülləkeçirməz jiletlər artıq Ukraynaya çatdırlıb və ardı da gəlir.
"Biz artıq NATO ölkələrinin orduları üçün tədarükçülərin hazırlamış olduğu formaları əldə etmişik. Qoy müdafiəçilərimiz müxtəlif paltarlar geyinsinlər. Əsas odur ki, düşməni məğlub etmək rahat olsun", - nazir əlavə edib.
Alpər