Xəbər lenti

Richard Gere həyatı tam yaşamağın vacibliyi haqqında
Dünya07:26 04.03.2016

Richard Gere həyatı tam yaşamağın vacibliyi haqqında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı məşhur aktyor Richard Gere həm də buddist olması ilə tanınır. Onu tez-tez çox sadə formada küçədə görüntüləyirlər və bu da düşüncəsinin, həyat tərzinin nə qədər reeallığa yaxın olduğunu bir daha sərgiləyir. 

Qaynar.info Pahoo.az-a istinadən bu gün sizə məşhur aktyorun mübahisəyə açıq fikirlərini təqdim edir. Oxuyun və özünüz üçün düzgün qərarı məhz özünüz verin.

“Dostumun anası bütün ömrü boyu sağlam qidalanma qaydalarına əməl etmişdi. Heç vaxt spirtli içki və yaxud da qeyri-sağlam qidadan istifadə etmir, hər gün fiziki məşğələlərlə məşğul olur, daima aktiv və hərəkərli həyat tərzi sürürdü. Həkimin ona yazdığı vitaminlərdən istifadə edir, küçəyə günəşdən qoruyan eynək taxmadan addım atmırdı. Bir sözlə, o sağlamlığını qorumaq üçün əlindən gələn hər şeyi edirdi. İndi həmin qadının 76 yaşı var. O, dəri xərçəngi, beyin xərçəngi və ağır mərhələdə osteoporozdan əziyyət çəkir.

Atamın dostu isə ət yeyir, qat-qat yağ yeməkdən çəkinmir, demək olar ki, heç vaxt idmanla məşğul olmur, hər yay günəşin altında dərisini yandırır, bir sözlə sağlam həyat tərzi deyilən şeyin heç bir qaydasını yerinə yetirmirdi. İndi onun 81 yaşı var və o, cavan insandan da sağlam görünür.

İnsanlar öz zəhərindən gizlənə bilməz. O zəhər mövcuddur və sizi tapmalı olduğunda mütləq gəlib tapacaq. Mənim dostumun anası da deyir ki, “Bilsəydim ki, ömrüm belə qurtaracaq, onu tam, hər şeydən həzz alaraq yaşayardım!”

Heç kim həyatdan sağ çıxmır, ona görə də özünüzə ikinci dərəcəli münasibət göstərməkdən əl çəkin. Ləzzətli yeməklər yeyin. Xeyirxah olun. Qəribə olun. Başqa şeylərə isə sadəcə olaraq zaman yoxdur.”

Qaynar.info